Peşə təhsil müəssisəsində təhsil alan tələbələr ilk dəfə hazırlıq təlimlərinə cəlb olunublar.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Stansiyası növbətçisi" ixtisasında təhsil alan qadın tələbələr Azərbaycan Dəmir Yollarında (ADY) xüsusi təlimlərdə iştirak edirlər.
Təlimlər başa çatdıqdan sonra imtahanı uğurla başa vuran tələbələr dəmiryol nəqliyyatının idarə edilməsi üçün vəsiqə əldə edəcəklər.