Su kanalında cəsədin aşkarlanması ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır
Martın 6-da saat 16 radələrində Abşeron rayonunun Saray qəsəbəsi, Üzümçülük yaşayış massivinin ərazisindən keçən su kanalında 1968-ci il təvəllüdlü Cəfərov Akif Əbülfəz oğlunun meyiti aşkar olunub.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, cəsədin xarici müayinəsi zamanı onun üzərində hər hansı xəsarət izi müəyyən edilməyib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.