Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

Azərbaycana səfərə gəlmiş Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, qonaqlar elm və təhsil naziri Emin Əmrullayev və AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüblər.
Əvvəlcə qonaqlara AzTU-da görülən işlər haqqında ətraflı məlumat verilib. AzTU və Türkiyə universitetləri arasında mövcud əməkdaşlığın vəziyyəti, birgə həyata keçirilən layihələr və perspektivdə nəzərdə tutulan fəaliyyətlər barədə müzakirələr aparılıb.
Daha sonra qonaqlar AzTU-nun kampusunu ziyarət ediblər.