ABŞ özünün rəhbər tutduğu prinsiplərin heç birinə əməl etmir


ABŞ hökumətinin göstərişinə əsasən ərəbdilli “Əl-Alam” informasiya saytının sosial şəbəkələrdəki səhifələri bloklanıb ki, bu da 1948-ci ildə qəbul edilən “İnsan hüquqları haqqında ümumi Bəyannaməsinin 19-cu maddəsinə ziddir. Həmin maddədə deyilir ki, “Hər bir şəxs fikir azadlığına və onun ifadə etmək hüququna malikdir”.
AZƏRTAC xəbər verir ki, bu barədə açıqlama verən saytın rəhbərləri ABŞ-ı söz və fikir azadlığı prinsiplərinə əməl etməməkdə ittiham ediblər. ABŞ-ın kiberməkanı nəzarətində saxlayaraq istədiyi kontenti bağlaması söz və fikir azadlığı prinsiplərinə ziddir.
Hələ 2020-ci ildə feysbuk və X (əvvəllər Twitter) sosial şəbəkələrində izləyicilərinin sayı artdığı üçün “Əl-Alam”ın səhifəri bağlanmışdı.