Paşinyan Ərdoğanla daim əlaqədədir - Mirzoyan


Ermənistan Baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daim əlaqə saxlayırlar.
 
Modern.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Anadolu"ya müsahibəsində deyib.
 
O qeyd edib ki, bu əlaqələr ölkələr arasında münasibətlərdə müsbət dinamikanı təmin edir, 
 
Nazir deyib ki, tərəflər indi sərhəddəki tarixi körpünün bərpası layihəsini müzakirə edir, sərhəd bölgəsində infrastruktur və yolların tikintisi ilə bağlı da razılıq əldə olunub.