Avropa Liqası: "Qarabağ" - "Bayer" oyunu başlayıb


UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ" və Almaniyanın "Bayer" komandaları arasındakı ilk oyun başlayıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 21:45-də start götürüb.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması martın 14-də Leverkuzendə baş tutacaq.