Zelenski onu Britaniyaya səfir göndərir


Ukrayna prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin keçmiş baş komandanı Valeri Zalujnının Böyük Britaniyaya səfir təyin edilməsinə razılıq verib. 
 
Modern.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi Britaniya tərəfinə səfirin təsdiqinə razılıq verilməsi üçün sorğu göndərib.
 
Qeyd edək ki, fevralın 8-də Zelenski Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyində islahatlar aparacağını bəyan edib. Həmin gün Valeri Zalujnı Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsini tərk edib, onun yerinə isə Aleksandr Sırski təyin edilib.
 
Xatırladaq ki, 2023-cü il iyulun 21-də Zelenski Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristaykonu işdən çıxarıb.