Muxtar Babayev Çinə gedəcək
COP29-a hazırlıq çərçivəsində növbəti səfər Çinə olacaq.
BUnu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev COP29 ilə əlaqədar Təşkilat Komitəsinin ikinci iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, ölkəmizin COP29-a sədrliyindən irəli gələn məsələlərin müzakirəsi məqsədilə Türkiyə, Almaniya, BƏƏ və Keniyaya səfərlər baş tutub, xarici ölkələrin və beynəlxalq təşkilatların iqlim məsələlərinə məsul rəsmi şəxsləri görüşlər keçirilib.
M.Babayev bu mötəbər tədbirə hazırlıq prosesi çərçivəsində daha çox səfər və görüşün təşkil olunacağını qeyd edərək, növbəti səfərin Çinə olacağını diqqətə çatdırıb.