“Elə bilirsiniz Putin Ukraynada dayanacaq?!" - Bayden narahatdır


“Elə bilirsiniz Putin Ukraynada dayanacaq?!


ABŞ prezidenti Co Bayden xalqa illik müraciətinə Ukrayna ilə bağlı açıqlamalarla başlayıb.

Modern.az xəbər verir ki, Baydenin çıxışı Ağ Evin saytında canlı yayımlanıb.
“Burada hamı Putinin Ukraynada dayanacağını düşünür. Sizi inandırıram ki, yox!”, - ABŞ prezidenti Konqresin Nümayəndələr Palatası və Senatının qarşısında illik müraciəti zamanı deyib.
Bayden bildirib ki, Vaşinqton Kiyevə Rusiyanı məğlubiyyətə uğratmaqda kömək edəcək. O, Qərbin Ukraynanı dəstəkləməkdən geri çəkilmək niyyətində olmadığını, bunu Rusiya prezidenti Vladimir Putinə göstərmək niyyətində olduğunu vurğulayıb.
Baydenin sözlərinə görə, Ukrayna ABŞ-dan kömək üçün qoşun göndərəcəyini gözləmir, lakin maliyyə dəstəyi və raketlərin tədarükünü gözləyir. ABŞ prezidenti deyib ki, Kiyevə bu yardımın qarşısını alanlar Vaşinqtonun qlobal liderlikdən əl çəkməsini istəyirlər.
İsrail-Fələstin münaqişəsinə toxunan Ağ Ev rəhbəri İsrailin fələstinlilərə göndərdiyi humanitar yardımdan sövdələşmə vasitəsi kimi istifadə etmək cəhdlərini qəbuledilməz hesab edib.
"İsrail böyük miqdarda yardımın Qəzzaya çatmasına icazə verməli və yardım işçilərinin atəşə tutulmamasını təmin etməlidir", - ABŞ lideri bildirib.
O, yəhudi dövlətinin rəhbərliyinə də müraciət edərək bildirib ki, humanitar yardım məsələsi ikinci dərəcəli ola bilməz və ya alver predmeti kimi istifadə oluna bilməz.
Baydenin sözlərinə görə, günahsız insanların həyatını xilas etmək prioritet olmalıdır. Amerika lideri əmin olduğunu bildirib ki, bunsuz İsraillə ərəb qonşuları arasında sülhə zəmanət vermək mümkün deyil.