"Arvad" sözü müasir dövrlə səsləşmədiyi və kobud səsləndiyi üçün Milli Məclisə təklif edirəm ki, bu kəlmənin müəyyən sənədlərdə dövriyyədən çıxarılmasını müzakirəyə qoysun.
Və bundan sonra Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı idarələri "Nikah haqqında şəhadətnamə"lərə "arvad" kəlməsinin əvəzinə "xanım" sözünü yazsınlar.
İnanıram ki, hörmətli deputatlardan biri, bu vətəndaş təklifini yaxın vaxtlarda parlamentdə səsləndirəcək...