Britaniyanın müdafiə naziri gözlənilmədən Kiyevə gəldi


Britaniyanın müdafiə naziri gözlənilmədən Kiyevə gəldi

Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Kiyevə gözlənilməz səfər edib.
Moden.az xəbər verir ki, bu barədə nazir özünün X səhifəsində yazıb.
“Mən Kiyevə demokratik dünyanı xəbərdar etmək üçün gəldim, biz əmin olmalıyıq ki, Ukrayna bu müharibədə qalib gələcək. Böyük Britaniya daha çox şey etmək üçün addımlar atıb və Ukraynaya indiyədək ən böyük hərbi dəstək paketini təqdim edəcək”, - nazir yazıb.
Onun fikrincə, çoxları bundan nümunə götürməli və azadlığın istibdad üzərində qələbəsini təmin etməlidir.