92 yaşlı milyarder 6-cı dəfə nişanlanıb


92 yaşlı milyarder 6-cı dəfə nişanlanıb


Amerikalı media maqnatı Rupert Merdok 92 yaşında nişanlanıb.

Modern.az xəbər verir ki, dünyanın ən zəngin insanlarından olan Merdok bu ilin iyun ayında 67 yaşlı Yelena Jukova ilə evlənəcək.

Xarici mətbuat yazır ki, R.Merdok bir neçə aydır ki, təqaüdçü rus bioloqla görüşürdü. Yelena Jukova məşhur rusiyalı oliqarx Roman Abramoviçin keçmiş qayınanasıdır.
Yelena Jukova molekulyar bioloq, diabet mütəxəssisi və rusiyalı milyarder Aleksandr Jukovun keçmiş həyat yoldaşıdır. O, Amerika universitetlərindən birində dərs deyib və təqaüdə çıxıb.
Cütlük Merdokun keçmiş həyat yoldaşlarından biri, çinli sahibkar Vendi Denqin ev sahibliyi etdiyi ziyafətdə tanış olub.
Media maqnatı sonuncu həyat yoldaşından ötən ilin aprelində boşanıb.
Avstraliya əsilli media maqnatı Rupert Merdok ABŞ, Avstraliya, Avropa, Latın Amerikası və Asiyada media, film şirkətləri və nəşriyyatların sahibidir.