Zara Məhəmməd: Hazırda müsəlman qadınlar fiziki zorakılıqla yanaşı, maddi çətinliklərlə də qarşılaşırlar
Bakı konfransı çox böyük əhəmiyyət daşıyır. Biz hazırda islamofobiyanin qlobal fenomen kimi sürətlə yayılmasını müşahidə edirik. İslamofobiyanın müsəlmanlara, xüsusilə müsəlman qadınlara misli görünməmiş təsiri var.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakıda islamofobiya ilə mübarizəyə həsr olunan beynəlxalq konfransın Böyük Britaniyadan olan iştirakçısı Zara Məhəmməd söyləyib.
“Hazırda müsəlman qadınlar fiziki zorakılıq və təhqirlə yanaşı, maddi çətinliklərlə də qarşılaşırlar. Biz müsəlman qadınlar olaraq siyasi elitanın “günah keçisi” və “siyasi yumruq torbası” kimi təqdim edilirik. Bu konfrans dünyanın tanınmış alimləri, ekspertləri və müsəlmanları bir araya gətirib. Bunu da deyə bilərəm ki, islamofobiya təkcə müsəlmanların problemi deyil, bu, ictimaiyyətin bəlasıdır. Beynəlxalq ictimaiyyət bir araya gələrək bunu tezliklə həll etməlidir", - deyə Z.Məhəmməd bildirib.