Martın 8-də ümumi çəkisi 15,1 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 8-də ümumi çəkisi 15,1 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,2 kiloqrama yaxın heroin, 7,4 kiloqramdan çox marixuana, 1,7 kiloqrama yaxın tiryək və həşiş qətranı, 900 qrama yaxın metamfetamin, həmçinin 1977 ədəd metadon həbi olub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə saxlanılan Vüsal Cavadovdan 4 kiloqram 110 qram marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.