Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alındı


Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.
 
Penitensiar xidmətdən Modern.az-a verilən məlumata görə, məhkum Ülvi Baba oğlu Cəfərova tanışı Hüsaməddin Əbülfəz oğlu Rzayev tərəfindən gətirilmiş sovqatdakı ayaqqabının içində gizlədilmiş bükülüdə 3,670 qram marixuana aşkar olunub.
 
Faktla bağlı araşdırma aparılır.