Dəniz tısbağasının ətindən zəhərlənən 8 uşaq öldü


Tanzaniyanın Pemba adasında dəniz tısbağasının ətini yedikdən sonra 8 uşaq ölüb, 78 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanalara aparılıb.
 
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, tibbi müayinə nəticəsində uşaqların dəniz tısbağasının ətindən zəhərlənərək öldükləri təsdiqlənib. Zəhərlənənlər qorxduqları üçün xəstəxanalara gec müraciət ediblər. Hadisə ilə bağlı araşdırmalar davam edir.
 
Bu, ilk belə hadisə deyil. 2023-cü ilin mart ayında Tanzaniyanın Hind okeanındakı Mafiya adasında dəniz tısbağası əti yeyən yeddi nəfər ölmüşdü. Tanzaniya rəsmiləri dəniz tısbağasının ətinin zəhərli olduğunu bildirib.