“Instagram”ın Azərbaycanda bazar payı artıb


Öncəki ilin fevral ayı və cari ilin yanvar ayı ilə müqayisədə ötən ay “Instagram” sosial şəbəkəsinin Azərbaycanda bazar payı artıb.
 
Modern.az-ın xəbərinə görə, ötən ay “Instagram”dan istifadə 9.95 faiz təşkil edib.
Qeyd edək ki, yanvar ayında bu rəqəm 9.71%, ötən ilin fevralında isə 9.74 % təşkil edib.