Bu ölkədə fahişəliyə qarşı mübarizə başlayır
İspaniya hökuməti tezliklə ölkədə fahişəliyi kriminallaşdıran qanun layihəsi təqdim edəcək.
Modern.az xəbər verir ki, bu barədə İspaniyanın baş naziri Pedro Sançes bildirib.
Sançes xatırladıb ki, bir gün əvvəl, martın 8-də İspaniya hökuməti insan alverinə görə cəzaları sərtləşdirən islahatı təsdiqləyib.
O, parlamenti sözügedən təşəbbüsü dəstəkləməyə çağırıb.
Qeyd edək ki, İspaniyada 1995-ci ildə fahişəlik dekriminallaşdırılıb. "Medicos del Mundo" təşkilatının məlumatına görə, İspaniyada təxminən 300 min qadın fahişəliklə məşğuldur, onların da 80%-i əcnəbilərdir. BMT İspaniyada fahişəlikdə dövriyyənin 3,7 milyard avro olduğunu bildirib.
2021-ci ildə Pedro Sançes fahişəliyi tamamilə qadağan edəcəyini və cinsi xidmətlər göstərilməsinin cinayət hesab edildiyini, daha sərt cəzalar tətbiq edəcəyini vəd edib.