Bakı ilə Sumqayıt arasında metro tikilsin - Milli Məclisdə təklif


Milli Məclisdə Bakı-Sumqayıt arasında metro stansiyasının tikilməsi təklif edilib. 

Modern.az xəbər verir ki, bu təkliflə deputat Fəzail Ağamalı Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə çıxış edib:

"Bakı ilə Sumqayıt arasında metro stansiya tikilməsi yaxşı olardı. Bundan əlavə, Lökbatana metro stansiyasının çəkilməsi də faydalı olardı”.