Gürcüstan hökumətində KADR DƏYİŞİKLİKLƏRİ


Georgi Kadjaya Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlərin tənzimlənməsi üzrə yeni xüsusi nümayəndəsi təyin olunub.
 
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.
 
Kadjaya bundan əvvəl İsveçrənin Rusiya Federasiyasındakı səfirliyində Gürcüstanın maraqları bölməsinə rəhbərlik edib.
 
Zurab Abaşidze isə baş nazir İrakli Kobaxidzenin müşaviri olub. Hökumət administrasiyasının rəhbəri postuna Tiflis bələdiyyə məclisinin üzvü Levan Jorjoliani gətirilib.
 
Baş nazir bildirib ki, hökumətdə daha heç bir dəyişiklik olmayacaq. İrakli Kobaxidze brifinqdə deyib: “Bütün nazirlər çox yaxşı işləyirlər, ona görə də kadr dəyişikliyi planlaşdırılmır”.