Yaxın zamanda Bakıda bu ölkənin səfirliyi AÇILACAQ


Yaxın zamanda Bakıda Albaniyanın yeni səfirliyinin açılması planlaşdırılır.
 
Modern.az-ın əldə etdiyi məlumata görə, səfirlik iki aydan sonra Bakıda açılacaq.
Qeyd edək ki, bu qərarı ölkənin Xarici İşlər Nazirliyinin rəhbərinin təklifi əsasında Albaniyanın Nazirlər Şurası qəbul edib.
 
Azərbaycanda səfirliyin açılması xərcləri Albaniya Xarici İşlər Nazirliyinin 2023-cü il üçün büdcəsi hesabına ödəniləcək. Sənəd 2023-cü il martın 1-dən qüvvəyə minib.
 
Xatırladaq ki, Albaniya Azərbaycanın müstəqilliyini 4  yanvar 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 23 sentyabr 1993-cü ildə qurulub.