Bakalavr, magistratura və doktorantura tələbələri üçün kitab çap olunub
Elm və Təhsil Nazirliyi akademik Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının “Korroziya problemləri, onların həllində inhibitorlar, konservasiya mayeləri və sürtkülərinin rolu” kitabı çapdan çıxıb.
İnstitutdan bildirilib ki, kitabın müəllifləri institutun icraçı direktoru Nizami Mürsəlov və aparıcı elmi işçi Xəyalə Düzdabandır.
Kitab korroziya prosesindən, onun sənayedə və konservasiya zamanı yaratdığı problemlərdən, bu problemlərin həlli yollarından, inhibitorlar, konservasiya materialları və bakterisid xassəli birləşmələrin korroziya prosesinə təsirindən bəhs edir. Nəzəri anlayışlar bu sahədə aparılmış elmi-tədqiqat işləri ilə öz təsdiqini taparaq vəhdət təşkil edir, bu da müfəssəl məlumat mənbəyi hesab edilə bilər.
Birgə monoqrafiya universitetlərin Kimya fakültələrinin bakalavr və magistratura tələbələri, doktorantura pilləsində təhsil alanlar və korroziya sahəsində çalışanlar üçün nəzərdə tutulub.