“Prezident seçilsəm, dollardan imtinaya imkan verməyəcəm!” - Tramp
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bəyan edib ki, əgər o, yenidən dövlət başçısı seçilərsə, ölkələrin dollardan imtina etməsinə imkan verməyəcək.
Modern.az-ın məılumatına görə, Tramp CNBC telekanalına müsahibəsində bildirib ki, ölkələrin dollardan imtinasının ABŞ üçün təsiri müharibəni uduzmaqla müqayisə oluna bilər.
“Ölkələrin dollardan imtina etməsinə nifrət edirəm. Mən ölkələrin dollardan imtina etməsinə icazə verməyəcəyəm, çünki bu standartı itirsək, bu, inqilabi müharibəni itirməyə bərabər olacaq, ölkəmizə zərbə olacaq”.
ABŞ-da prezident seçkiləri bu ilin noyabrında keçirləcək.