Çinli dekan: Azərbaycan çox sürətlə inkişaf edən ölkə və regional gücdür
Düşünürəm ki, bu gün Qlobal Bakı Forumu ən mühüm beynəlxalq platformalardan birinə çevrilir. Çünki burada beynəlxalq əməkdaşlıq və mübadilə təmin edilir. Çinli alimlər olaraq bizim bu Foruma qatılmağımız çox vacibdir. Azərbaycandan çox şey öyrənmək olar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Çin Renmin Universitetinin maliyyə tədqiqatları üzrə Çonqyanq İnstitutun dekanı, XI Bakı Qlobal Forumunun iştirakçısı Vanq Ven deyib.
O, Azərbaycanın çox sürətlə inkişaf edən ölkə və regional güc olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan indi beynəlxalq aləmdə çox mühüm rol oynayır.
"Biz Azərbaycanın inkişafını təqdir edirik. Gələcəkdə magistratura vizası ilə bağlı əməkdaşlıq etmək istəyirik. Hesab edirəm ki, Çinlə Azərbaycan arasında ikitərəfli münasibətlər əvvəlkindən daha yaxşı ola bilər və ölkələrimizin əməkdaşlığını daha da gücləndirmək yaxşı olardı", - deyə Vanq Ven diqqətə çatdırıb.