Hava proqnozlarının hazırlanmasında 70-dən çox şəxs iştirak edir... - REPORTAJ



Hava şəraiti gündəlik həyatdakı fəaliyyətimizə, planlarımıza təsir edən amillərdəndir. Təsadüfi deyil ki, hava şəraiti geyimimizdən gedəcəyimiz məkana, görəcəyimiz işin planlaşdırılmasına qədər mühüm rol oynayır. Proqnozlardan xəbərsiz olsaq, aldadıcı hava sağlamlığımıza mənfi təsir göstərməsilə də nəticələnə bilər. Belə ki, səhər tezdən buludsuz səmada Günəşin şirin təbəssümünə aldanan şəxs axşam havanın kəskin dəyişəcəyindən xəbər tutmazsa, təbii ki, evdən nazik bir geyimlə ayrılacaq. Axşama doğru aydın səmanın qara buludlarla örtülməsi, yağış yağması, güclü külək həmin şəxsin səhhətinə təsirsiz ötüşməyəcək. Ya da güclü küləyin gözlənilməsindən xəbərsiz olan şəxsin həm canı, həm də əmlakı zərər görə bilər. Odur ki, günümüzü planlaşdırmazdan əvvəl adətən öncə havanın necə olacağı ilə maraqlanırıq. Proqnozların hazırlanması və daha dəqiq məlumatların verilməsi üçün hansı işlərin görüldüyü isə əksəriyyətimiz üçün maraqlıdır. Axı bütün qurumların fəaliyyəti onların yaydığı məlumatlardan asılıdır. Bu isə özlüyündə böyük məsuliyyət tələb edir.

Hava proqnozunun necə hazırlanması ilə bağlı suallara cavab tapmaq üçün Ümumdünya Meteorologiya Günündə yolumuzu Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzindən saldıq. Mərkəzin girişində müxtəlif vaxtlarda hava müşahidələrini aparan cihazların sərgilənməsi və onlar barədə məlumatların yer alması diqqətimizi çəkdi...

Azərbaycan Dövlət İnformasiya Agentliyi
CƏMİYYƏT
Hava proqnozlarının hazırlanmasında 70-dən çox şəxs iştirak edir... - REPORTAJ
23.03.2024 [17:50]
A+ A-
Bakı, 23 mart, Göyçək Mahmudlu, Arif Quluzadə (fotolar), AZƏRTAC

Hava şəraiti gündəlik həyatdakı fəaliyyətimizə, planlarımıza təsir edən amillərdəndir. Təsadüfi deyil ki, hava şəraiti geyimimizdən gedəcəyimiz məkana, görəcəyimiz işin planlaşdırılmasına qədər mühüm rol oynayır. Proqnozlardan xəbərsiz olsaq, aldadıcı hava sağlamlığımıza mənfi təsir göstərməsilə də nəticələnə bilər. Belə ki, səhər tezdən buludsuz səmada Günəşin şirin təbəssümünə aldanan şəxs axşam havanın kəskin dəyişəcəyindən xəbər tutmazsa, təbii ki, evdən nazik bir geyimlə ayrılacaq. Axşama doğru aydın səmanın qara buludlarla örtülməsi, yağış yağması, güclü külək həmin şəxsin səhhətinə təsirsiz ötüşməyəcək. Ya da güclü küləyin gözlənilməsindən xəbərsiz olan şəxsin həm canı, həm də əmlakı zərər görə bilər. Odur ki, günümüzü planlaşdırmazdan əvvəl adətən öncə havanın necə olacağı ilə maraqlanırıq. Proqnozların hazırlanması və daha dəqiq məlumatların verilməsi üçün hansı işlərin görüldüyü isə əksəriyyətimiz üçün maraqlıdır. Axı bütün qurumların fəaliyyəti onların yaydığı məlumatlardan asılıdır. Bu isə özlüyündə böyük məsuliyyət tələb edir.

Hava proqnozunun necə hazırlanması ilə bağlı suallara cavab tapmaq üçün Ümumdünya Meteorologiya Günündə yolumuzu Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzindən saldıq. Mərkəzin girişində müxtəlif vaxtlarda hava müşahidələrini aparan cihazların sərgilənməsi və onlar barədə məlumatların yer alması diqqətimizi çəkdi...



Şuşada bir dəst dopler radar sistemi, Laçın, Qubadlı, Ağdərə, Xocavənd, Xankəndidə avtomat meteoroloji stansiyalar quraşdırılacaq

Son illərdə hidrometeoroloji investisiyalar çərçivəsində hidrometeoroloji müşahidə şəbəkəsinin sürətlə avtomatlaşdırılmasına başlanıldığını deyən Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib: “2019-2023-cü illər ərzində müasir standartlara cavab verən 2 dəst dopler radar, 4 dəst dəniz hidrometeoroloji stansiyası və 40 ədəd avtomat hidroloji stansiya, həmçinin 17 ədəd avtomat meteoroloji stansiya alınaraq quraşdırılıb. İşğaldan azad olunmuş ərazilərdə müşahidə şəbəkəsinin bərpası, yenidən qurulması tədbirləri davam etdirilir. Belə ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisindən axan 10 çay üzərində 11 ədəd avtomat hidroloji stansiya quraşdırılaraq istifadəyə verilib. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 2022-ci ildə 5 ədəd bütün lazımı sensorlarla təchiz olunmuş yeni nəsil avtomat meteoroloji stansiya Ağdam, Zəngilan, Kəlbəcər, Füzuli və Şuşa şəhərlərində quraşdırılaraq istismara verilib. Həmin stansiyalar ərazinin meteoroloji şəraitini öyrənməyə, buludluğu, meteoroloji görmə məsafəsi, havanın və torpağın temperaturu, rütubəti, yağıntını, küləyin sürətini, istiqamətini və s. meteoroloji parametrləri onlayn rejimdə izləməyə imkan verir. İstifadədə olan bütün avtomat stansiyaların məlumatları hazırda Milli Hidrometeorologiya Xidmətində fəaliyyət göstərən Situasiya Mərkəzində vizuallaşır. Dövlət Proqramı çərçivəsində bu il ərzində də həmin işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, Şuşa şəhərində bir dəst dopler radar sisteminin, həmçinin növbəti illərdə Laçın, Qubadlı, Ağdərə, Xocavənd rayonlarında, həmçinin Xankəndi şəhərində müasir standartlara cavab verən atmosfer havasının müşahidəsini aparan, meteoroloji parametrləri dəqiqləşdirən daha beş avtomat meteoroloji stansiyaların quraşdırılması nəzərdə tutulub. İşğaldan azad edilmiş ərazilərdə quraşdırılacaq dopler radar sistemi üçün hündürlüyünə görə, ən optimal ərazi Şuşadır. Həmin radar Qarabağ üzrə meteoroloji məlumatların əldə olunmasına kömək edəcək. Radarın əhatə dairəsi 100 kilometrdən çoxdur və bütün ərazinin meteoroloji məlumatlarının Situasiya Mərkəzinə ötürülməsində önəmli rol oynayacaq.

Bundan əlavə, bu il Füzulidə yeni bir aerostansiyanın quraşdırılması nəzərdə tutulub. Bu da dövlət investisiya layihələri çərçivəsində həyata keçiriləcək”.

Bu il dəniz hidrometeoroloji stansiyaların da yenilənməsi və avtomatlaşdırılması planlaşdırılır.

Həmçinin yaxın zamanlarda mobil tətbiqin də əhalinin istifadəsinə verilməsini nəzərdə tutmuşuq. Bununla da baş verə biləcək hidrometeoroloji hadisələrlə bağlı təhlükəli hidrometeoroloji proqnozların öncədən əhaliyə ötürülməsi həyata keçiriləcək. Əhalinin düzgün, dolğun və öncədən məlumatlandırılması çox önəmlidir. Bu istiqamətdə işlər gedir, mobil tətbiqin ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır.

Radar vasitəsilə alınan məlumatlar növbəti mərhələdə mobil tətbiq vasitəsilə həmin ərazidə yaşayan əhalinin telefonuna daha öncədən göndəriləcək.[spoiler][/spoiler]