Möhübbət Babayevin əvəzinə yeni TƏYİNAT

 Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına birinci müavin təyin olunub.

Modern.az-ın məlumatına görə, İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Sərəncamı ilə aprelin 8-də Cəfərzadə Mikayıl Babək oğlu icra başçısının birinci müavini vəzifəsinə gətirilib.

Bu gün kollektivə təqdim edilən Mikayıl Cəfərzadə bundan əvvəl başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.

Qeyd edək ki, fevral ayında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı birinci müavini Möhübbət Babayev yaşa görə təqaüdə göndərilib.