Azərbaycanda aviasiya hadisələrinin araşdırılması qaydasında dəyişiklik edilib

Azərbaycanda aviasiya hadisələrinin araşdırılması qaydasında dəyişiklik edilib

Nazirlər Kabineti "Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyət Qaydası"nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib.

Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, hava limanının istismarçısı bir və ya bir neçə hava limanını qanuni əsaslarla istismar edən dövlət orqanı (qurumu), fiziki və ya hüquqi şəxs hesab ediləcək.