Polşa “Patriot” zenit-raket komplekslərini Ukraynaya ötürə bilməyəcək
Varşava “Patriot” zenit-raket komplekslərini Kiyevə ötürə bilməyəcək, çünki ölkənin özünün hava və raketdən müdafiə sistemləri yoxdur.
Bunu Polşa Prezidenti Anjey Duda jurnalistlərə açıqlamasında bildirib.
“Polşanın raketdən müdafiə sistemi yoxdur, biz onu yeni hazırlamağa başlayırıq. Ölkənin Ukraynaya verə biləcək heç nəyi yoxdur, hətta biz istəsək də”, - o vurğulayıb.
A.Duda Varşavanın arsenalında olan sovet istehsalı raketləri Kiyevə ötürmək planlarını da açıqlayıb və ölkəyə qayıdandan sonra bu məsələni müdafiə idarəsinin rəhbərliyi ilə müzakirə edəcəyini bildirib.(TASS)