Bakının hansı küçələrində sıxlıq var?

Bakının hansı küçələrində sıxlıq var?


Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

5. "20 Yanvar" dairəsində;

6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

7. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində;

8. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.