Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda qanunsuz ağac kəsilməsi hadisəsi ilə bağlı polisə müraciət edib.
AzBaku.info lent.az-a istinadən xəbər verir ki, müraciətdə bildirilir ki, İnqilab İsmayılov küçəsi 36 ünvanındakı binanın arxasındakı köhnə bağ sahəsində naməlum şəxs və ya şəxslər 1 qovaq, 12 albalı, 6 nar və 2 ərik ağacını kəsərək məhv edib.
Ağacları kəsən şəxslərin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.