Dava düşdü, araya girən 22 yaşlı gənc də bıçaqlandı - Yenilənib

Dava düşdü, araya girən 22 yaşlı gənc də bıçaqlandı - Yenilənib

Ötən gün Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə axşam saat 23:30 radələrində Sabunçu rayonunda qeydə alınıb. 

Belə ki, 1999-cu il təvəllüdlü Mürşüd Dəmirov aralarında yaranmış mübahisə zamanı 2001-ci il təvəllüdlü Səfiyar Quluzadəyə döş qəfəsindən 1 ədəd bıçaq xəsarəti yetirib. Həmin şəxsləri ayırmağa çalışan 2002-ci il təvəllüdlü Kamran İbrahimov da qarın nahiyəsindən bıçaq yarası alıb. 

Bakı şəhəri Sabunçu RPİ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb. 

Mürşüd Dəmirovun tapılması istiqamətlərində əməliyyat-axtarış tədbirləri davam edir.

***

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs Dəmirov Mürşüd Mehman oğlu polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı saxlanılıb. Araşdırmalar davam etdirilir.