Onu Madonnaya bənzətdilər - Fotolar

Onu Madonnaya bənzətdilər - Fotolar

Rusiyalı teleaparıcı və ictimai xadim Kseniya Sobçak yeni fotosessiya etdirib.

Tanınmış sima fotolarını teleqram kanalında paylaşıb.

Sobçakın obrazı üzərində Salavat Kypere kimi tanınan stilist Viktoriya Çurayeva çalışıb.

Sosial şəbəkə istifadəçiləri Kseniyanın obrazını qiymətləndiriblər. Bəziləri onu Lübov Uspenskaya, Polina Kitsenko, Ledi Qaqa və Madonna ilə müqayisə edib.

42 yaşlı Sobçakın özü isə bu obrazını “Disney” qəhrəmanı Kruellaya bənzədib. “Kruella de Vil Mensonun konsertindən qaçıb. Çox qeyri-adi və göz oxşayan obraz”, - o yazıb.