Faciəvi şəkildə ölən hərbçilərimizin-FOTOLAR


Xəbər verdiyimiz kimi, bu gün Laçın rayonu ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitləri aşkar edilib.

Kükürdlü suda zəhərlənərək ölən hərbçilərimizdən Fərid Cəbrayılov Kürdəmir, Asif Emnalıyev isə Şamaxı rayon sakini olub.

Qeyd edək ki, hadisə ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.

A.Emnalıyev, F.Cəbrayılov və Emin Şahmarlının fotosunu təqdim edirik:

Fotoda gizir Fərid Cəbrayılov



Fotoda kapitan Asif Emnalıyev



Fotoda çavuş Emin Şahmarlı