Durovun pasportları əlindən alındı
Paris məhkəməsi teleqramın təsisçisi Pavel Durovun bütün pasportlarını götürüb.
Bu barədə məlumatı Paris və Nitsanın Vəkillər Kollegiyasının üzvü İrina Sidorova açıqlayıb.
“Durovun üzərində olan bütün pasportlar istintaq fəaliyyəti dövrü üçün götürülüb. Bu isə o deməkdir ki, sahibkar dəniz, hava və yaxud quru yolu ilə Fransanı tərk edə bilməz”, - deyə Sidorova qeyd edib.
Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlanmışdı. Avqustun 28-də isə o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Paris Prokurorluğu Durovu 6 qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.
“O, 5 milyon avro məbləğində girov ödəmək, həftədə iki dəfə polis bölməsinə məlumat vermək öhdəliyi ilə məhkəmə nəzarəti altına alınıb və ona Fransa ərazisini tərk etmək qadağan edilib”, - prokurorluğun açıqlamasında bildirilir.