Belçika gömrük əməkdaşları Antverpen limanında banan yeşiklərində gizlədilmiş yeddi tona yaxın kokaini müsadirə ediblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Brussels Times” nəşri yazır.
Nəşr qeyd edir ki, belçikalı gömrükçülər kokaini ötən şənbə, dekabrın 30-da aşkar ediblər.
Ehtimal olunur ki, narkotik vasitə Niderlanda çatmalı idi.
Hazırda yükün haradan gəlməsi araşdırılır.