TDT Ankaradakı terror aktını şiddətlə qınayıb - FOTO
Türk Dövlətləri Təşkilatı (TDT) Ankarada TUSAŞ-ın istehsal obyektində törədilən terror aktını şiddətlə qınayıb.
Bununla bağlı beynəlxalq təşkilat bəyanat yayıb.
"Bu xain hücumu şiddətlə qınayır, Türkiyə Cümhuriyyətinə və qardaş türk xalqına başsağlığı verir, yaralananlara şəfa diləyirik", - bəyanatda deyilr.
Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya ilkin araşdırmalara əsasən terror aktının PKK tərəfindən törədildiyini bildirib.