Bu günlər Respublikamızda kriminal olayların artan şkala üzrə hərəkət trayektoriyasına nəzər salasq görərik ki, son bir neçə gün ərzində böyük “irəliləyiş” mövcuddur.
AzBaku.info Vetenperverler.az-a istinadən xəbər verir ki, kriminal aləmdə Lotu Quli ləqəbli Nadir Salifovun 24-oktyabr 2017-ci il tarixdə vaxtından əvvəl azadlığa buraxılmasının acı təzahürlərindəndir ki, çox qısa bir zaman kəsiyində azərbaycanın bir çox bölgələrində keçmış məhkumlar arasında silahlı insidentlər baş verir. Maraqlısıdı da budur ki, məhs elə oktyabrın 25-də saat 22 radələrində Gəncə şəhərindəki çay evlərindən birində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Qurban Qurbanov və Tural Əliyevlə həmyerliləri, əvvəllər məhkum olunmuşlar Edqar Nəsirov və Namiq Kərimov arasında mübahisə baş verib.
Bu zaman E.Nəsirov tapançadan Q.Qurbanova atəş açmaq istədiyindən sonuncu ona bıçaqla xəsarət yetirib, habelə N.Kərimov tüfəngdən bir dəfə atəş açıb, xəsarət alan olmayıb. Gəncə şəhərində bu hadisənin təfərrüatları ilə bağlı araşdırmalarda müəyyən maraqlı məqamlar ortaya çıxıb. Maraqlı məqamlardan əsaslısı ondan ibarətdir ki, Lotu Qulinin tərəfdarlarından olan Qurban Qurbanov hadisəni törətdikdən sonra ürcüstanda olan “kriminal krişası” Lotu Qulinin yanına qaçmağa cəhd göstərmişir. Bütün səylərə baxmayaraq cəhdi nəticəsi qalmışdır. Gürcüstanla Azərbaycan arasında olan “Qırmızı körpü” sərhad keçid məntəqəsində həbs olunmuşdur. Kriminal hesablaşma zamanı beş bıçaq xəsarəti alan kriminal aləmdə “DƏDOŞ” ləqəbi ilə tanınan Edqar Nəsirov isə göründüyü kimi digər, yəni Lotu Quliyə əks olan Qanuni oğru klanının nümayəndəsidir.
Başqa bir hadisəyə nəzər salaq: Bakıda xüsusi təyinatlı vaqondan qaçan “Qoca” ləqəbli Etibar Məmmədov kimdir? Biləcəri dəmiryol stansiyasında qaçan dustaq Etibar Ələkbər oğlu Məmmədov kriminal aləmdə böyük nüfuza malikdir. O, kriminal aləmdə “Qoca”, “Etibar Hacıqabullu”, “Brodyaqa Etibar” ayamaları ilə məşhurlaşıb.
[media=http://https://www.youtube.com/watch?v=66YPdwL_m00]
Uşaq yaşlarında cinayət törətdiyi üçün həbsə düşüb. Onu Bakıda olan “maloletka”ya (yetkinlik yaşına çatmayanlar islah müəssisəsinə) göndəriblər.
Yetkinlik yaşına çatmamışların cəza çəkdiyi müəssisədə E.Məmmədov kriminal dildə desək “opşak” yaradıb. Elə məhz “maloletka”da qaldığı dövrdə həbsxana nəzarətçisini qətlə yetirib. Yaşı az olduğu üçün bu cinayətə görə 10 il azadlıqdan məhrum edilib. Çünki Azərbaycan Cinayət Məcəlləsinə əsasən 18 yaşına çatmayan şəxslərə 10 ildən artıq cəza verilmir.
“Qoca”nın həbsxanada “nadzor”u qətlə yetirməsi kriminal aləmdə səs-küyə səbəb olub. Təkcə Azərbaycanda deyil, keçmiş MBD ölkələrində kriminal aləm üzvləri tərəfindən Etibar Məmmədovun avtoriteti qəbul edilib.
Etibar Məmmədov 18 yaşına çatandan sonra onu Azərbaycanda olan həbsxanalara etap ediblər. Harada cəza çəkməsindən asılı olmayaraq “Qoca Hacıqabullu” içəridə “vəziyyət” yaradıb.
Belə ki, o, “oğru qanunlarını” həbsxanada icra etdirib. Xələcdə cəza çəkdiyi müddətdə onun həbsxanada “bunt” qaldırdığı bildirilir. Dustaqlar onun sözüylə “bunt”a qoşulub. Çətinliklə də olsa, hüquq-mühafizə orqanları vəziyyətə nəzarətə götürə bilib.
Bir müddət sonra isə “Xələc türməsi”nin rəisi olan Abbasqulu Qarayev vəzifəsindən azad edilib.
“Etibar Hacıqabullu” azadlığa çıxdıqdan sonra Bakıda və Azərbaycanın başqa bölgələrində kriminal “razborkalar”a qoşulub. Dəfələrlə xırda cinayətlərə görə saxlanılıb, lakin bir müddət sonra azadlığa çıxa bilib. Sonuncu dəfə O, Ədliyyə Nazirliyi Penitensiyar Xidmətin Binə qəsəbəsində yerləşən 17- saylı Cəza Çəkmə Müəssisəsindən azadlığa buraxılıb. Bir çox Qanuni Oğrularla isti münasibətdə olan “Qoca” cəzaşəkmə müəssisələrindən dəfələrlə məhkəmə qərarı ilə Qobustan Qapalı rejimli cəza çəkmə müəssisəsinə köçürülmüşdür. Hətta Vetenperverler.az-ı məlumatlandıran mənbə bildirir ki, Etibar Məmmədov Qobustanda “kritidə” cəza çəkərkən birinci korpus birinci kamerada olmuş və həmin vaxt ağır xəstəliyə düçar olmuşdur. Sonuncu dəfə Kürdəxanı İstintaq Təcridxanasında olarkən Hacıqabullu Qoca oradada “vəziyyət” yaradaraq Lotu Qulinin tərəfdarı “Quluçu” kimi tanlnmışdır. “Qoca” Azərbaycanda həbsdə olan “Lotu Quli” ləqəbli kriminal aləm üzvü Nadir Səlifova və Lotu Yunusa yaxınlığı ilə seçilir.
Hacıqabullu “AKULA” ləqəbli Akif kimdir?
Akul ilə Qocanı birləşdirən hansı tellərdir?
P. S. Vetenperverler.az ın apardığı araşırmalarda maraqlı nüanslar ortaya çıxıb. Bütün bunlar barədə daha ətraflı gələn yazımızda. Bizi izləyin.