Dəmir yolunu keçən piyadanı qatar vurdu - Yenilənib

 Astarada piyadanı qatar vurub.

Hadisə rayonun Qamışoba kəndində, dəmir yolu stansiyasına yaxın ərazidə baş verib.

Belə ki, rayonun Şahağacı kənd sakini 1990-cı il təvəllüdlü Məhərrəm Ağaboli oğlu Quliyev dəmir yolu xəttini keçmək istəyərkən qatar onu vurub.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan piyada ayaqlarından ağır travma aldığı üçün təcili əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

***

M.Quliyevin bir ayağının barmaqları, digər ayağının topuqdan aşağı hissəsi amputasiya olunub.

Hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.