Tbilisidə baş verən iğtişaşların fəal iştirakçısı saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Tbilisidəki mitinqdə iğtişaşlarda iştirak edən 26 yaşlı şəxsi saxlayıblar.
Bu barədə qurumun yaydığı məlumatında bildirilib.
Məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs bu il dekabrın 4-də Rustaveli prospektində keçirilən aksiya zamanı həmfikirləri ilə birlikdə yeddi videomüşahidə kamerasını zədələyib.
Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin "Qrup şəxslər tərəfindən əşyanın zədələnməsi və ya məhv edilməsi" maddəsi ilə cinayət işi açılıb. Bu maddə üç ildən altı ilədək azadlıqdan məhrumetmə ilə cəzasını nəzərdə tutur.