
Fatih Birol “Dostluq” ordeni ilə təltif edilib.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla F.Birol bu mükafata Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycan Respublikasının sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə layiq görülüb.