Xəzəryanı ölkələrin Sammiti 2018-ci ilin əvvəlində Qazaxıstanın Astana şəhərində baş tuta bilər.
AzBaku.infonun məlumatına görə, bu barədə Rusiyanın XİN müavini Qriqori Karasin bildirib.
Q.Karasin qeyd edib ki, Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın XİN rəhbərləri Sammitə hazırlığı müzakirə etmək üçün cari ilin dekabr ayında Moskvada toplana bilərlər.
Xatırladaq ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın Xəzəryanı ölkələrin növbəti sammitində imzalanması planlaşdırılır.