Braziliyalı gənc qız bakirəliyini satır

Braziliyalı gənc, öz bakirəliyini ailəsinin dolanışığı üçün satdığını etiraf edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə The Mirror məlumat yayıb.

Rozali Pinyo (Rosalie Pinho) bəyan edib ki, ona bir gecə üçün 500 min avro (təxminən 1 molyon manat) təklif ediblər. Amma 19 yaşlı qız bununla razılaşmayıb. O hesab edir ki, may ayına qədər onun “bakirəliyinin” qiyməti artacaq. Braziliyalı gənc bu addımı, kasıb həyat sürməsi ilə bağlı olduğunu açıqlayıb.

“Mən bunu ailəm üçün edirəm. Bizim ailə 7 nəfərdən ibarətdir: anam, 2 qardaşım və 3 bacım. Atam bizi atıb gedəndən sonra dolanışığımız xeyli pisləşib”, - gəc qız danışır.

Qeyd edək ki, Braziliya qanunvericiliyinə əsasən, ölkədə seksual xidmətlərin göstərilməsi tam qanuna uyğundur.