Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

“Əgər media sahəsində olduğu kimi, iqtisadi sferada da, “Sahibkarın dostu” ödülü təsis edilərsə, inanıram ki, əksər sahibkarlar bu mükafatı istisnasız halda cənab Novruzova təqdim edərlər.”

Dövlət vəzifələri insanlara həm də Tanrının əmanətidir. İnsan olaraq görülən hər bir iş Allah xatiri olarsa o zaman dünya məhz yaxşılarla gözəlləşər. Kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abıyev Cəlal Hamlet oğlu redaksiyamızla əlaqə saxlayaraq Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzovla bağlı olduqca maraqlı məlumatlar verib.

- Mən kiçik sahibkarlıqla məşğul oluram. Dövlətimdən və hökumətimdən çox razıyam. Nəzərinizə çatdırım ki, ölkənin gömrük sistemindəki şəffaflıq bəlkə dünyanın ən inkişaf etmiş ölkəsində belə yoxdur.

Gömrük ölkə iqtisadiyyatını, o cümlədən daxili bazarın tənzimlənməsində müstəsna xidmətləri olan sahədir. Ölkənin giriş və çıxış qapısıdır. Kiçik sahibkarlıq subyekti olan ölkə vətəndaşının bu xidmət sahəsinin şəffaf saxlanılmasını təqdir etməsi olduqca ciddi və vacib amildir. Ölkə Prezidenti cənab İlham Əliyevin illərlə ixrac və idxal siyasətinin qanunlara müvafiq formada tənzimlənməsi istiqamətində attdığı addımlar bu gün artıq əməli nəticəsini verməkdədir. Kicik sahibkarlıqla məşğul olan Abıyev Cəlal Hamlet oğlu əlavə olaraq qeyd etdi ki, Bakı Gömrük idarəsinin rəisi, gömrük generalı cənab Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik detala, çatışmamazlığa belə biganə qalmır. Gün ərzində hətta iki dəfə qəbul keçirən idarə rəisi müraciət edən sahibkarlarla ətraflı söhbət zamanı rəhbərlik etdiyi sahədəki neqativ hesab ediləcək faktlarla bağlı məhz ilk mənbədən – birbaşa sahibkardan informasiya almaqla, dərhal aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başlayır. “Vusal Novruzovun idarəçilik üsulu onu biz sahibkarların dostuna çevirib. Bu dövlət adamı əsl vicdan mücəssiməsidir.” – deyən sahibkar əlavə olaraq bildirdi ki, əgər media sahəsində olduğu kimi, iqtisadi sferada da, “Sahibkarın dostu” ödülü təsis edilərsə, inanıram ki, əksər sahibkarlar bu mükafatı istisnasız halda cənab Novruzova təqdim edərlər.

- Bu günə qədər bəzi mətbuat orqanlarında Bakı Gömrük İdarəsi və onun rəhbərliyi haqqında yazılan iftira dolu yazılar biz sahibkarlar tərəfindən şiddətlə qınanır. Real vəziyyəti bilmədən, subyektiv təxəyyülün və ya qərəzli şəxslərin informasiyaları əsasında yazılan məqalələr peşəkarlığın göstəricisi deyil. Hər dəfə bu mövzuda yazıların dərci biz sahibkarlarda ikrah hissi yaradır. Hətta bir neçə sahibkarla qərar gəlmişik ki, Bakı Gömrük İdarəsi və onun rəhbərliyi ilə bağlı həqiqəti əks etdirməyən yazıları dərc edən redaksiyalara gedək və əsl həqiqəti onların diqqətinə çatdıraq. Xatırladım ki. dünya ağ-qara adlı iki rəngdən ibarət deyil. Dünyanı gözəlləşdirən, yaşamı maraqlı edən həmdə vicdanlı insanlardır. General Vüsal Novruzov məhz bu cür insanlardandır – deyə qeyd edən sahibkar Abıyev Cəlal Hamlet oğlu əlavə olaraq bildirdi ki, ölkədə bu cür məmurların çoxluğu Azərbaycanı ən qısa zamanda nəinki regionun, hətta dünyanın lider ölkəsnə çevirə bilər.

Məlumatlı mənbə: Cəlal Abıyev Hamlet oğlu