Sevinc Nəcəfova layihə haqqında məlumat verərkən iştirakçı gənclər tərəfindən obyektivə alınan fotolar haqqında özünün şəxsi fikirlərini söylədi. Sərgidə iştirak edən gənclərin xüsusi bacarığa malik olduqlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı və gənclərə uğurlar arzuladı.
Ardıcıl olaraq Binəqədi Gənclər evində 4 gün ərzində davam edən sərginin bağlanış mərasimi 01.02.2018 tarixində baş tutdu. Bağlanış mərasimində qonaq qismində dəvət olunmuş ”Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İçtimai Birliyinin sədri Kəmalə Məmmədli və “ Mədəniyyət və Sənətkarlıq “ Mərkəzinin nəzdində 13№ li Bakı Peşə Məktəbinin müəllimi Aysel Əliyeva da çıxış etdilər. Aysel Əliyeva çəkilən fotolara bir müəllim gözü ilə baxıb fikrini bildirərək söylədi ki, çəkilən şəkillərdə vətənpərvərlik ruhunun hər kəsin düşüncəsində fərqli obrazlarda olduğunu diqqətə çatdırıb. Kəmalə xanım isı çıxışında layihə iştirakçısı olan gəncləri əsası Ulu öndər Heydır Əliyev tərəfindən qoyulmuş və gənclərə hədiyyə olunmuş 02 fevral Gənclər Günü münasibətilə təbrik etdi və onlara gələcək yaradıcılıq işlərində yeni-yeni nailiyyətlər arzuladı. Daha sonra layihə üzrə ekspert, “ Yeni Həyat “ Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova qeyd etdi ki, Dövlət Gənclər Siyasətinin həyata keçirilməsində əldə edilən nailiyyətlərdə ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş və müxtəlif dövləri əhatə edən Dövlət Proqramlarının böyük rolu olmuşdur və həmin ənənə bu gün də davam edir. O, ölkə gənclərinə göstərilən diqqət və qayğının Azərbaycan Respublikası dövlət siyasətinin vacib tərkib hissəsini təşkil etdiyini vurğulayıb. Nailə İsmayılova onu da qeyd edib ki, icra olunan layihənin məqsəd istedadlı gənclərin cəmiyyyətə təqdim olunması, onların özlərini inkişaf etdirmək və istedadlarının ön plana çıxarılmasında yardımçı olmaqdır.
Tədbirin sonunda gənclərə diplom və hədiyyələr təqdim olundu. Yekunda tədbir iştirakçıları və qonaqlarla birgə xatirə şəkili çəkildi.








