Azərbaycanın futzal millisi iki yoldaşlıq oyunu keçirəcək

Azərbaycanın futzal millisi iki yoldaşlıq oyunu keçirəcək

Futzal üzrə Azərbaycan millisi iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

Bu barədə Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

Komanda yanvarın 22-si və 24-də Danimarka yığması ilə qarşılaşacaq.

Hər iki görüş Bakı İdman Sarayında keçiriləcək. Oyunların başlama saatı hələlik məlum deyil.