Putindən əl-Şaraaya: Suriyanın ərazi bütövlüyünü bərpa etmək səylərinizi dəstəkləyirik

Putindən əl-Şaraaya: Suriyanın ərazi bütövlüyünü bərpa etmək səylərinizi dəstəkləyirik

 
Rusiya Prezidenti Vladimir Putin Fərat bölgəsinin Suriyaya yenidən reinteqrasiyası münasibətilə Prezident Əhməd əl-Şaraanı təbrik edib.

Kremldə keçirilən görüşdə Putin Rusiyanın Suriya hakimiyyətinin ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün bütün səylərini dəstəklədiyini bildirib.

Putin vurğulayıb ki, Rusiya Suriyanın bərpası üçün birgə çalışmağa hazırdır.