Azərbaycanda kolbasa bəlası... xəbəriniz varmı? -ARAŞDIRMA-VİDEO

Azərbaycanda kolbasa və sosis çoх istehlak olunan məhsullardandır. İsmaric.az xəbər verir ki ,xüsusilə də ayaqüstü qəlyanaltı kimi bu ət məmulatları hər birimizin dadına çatır. Yaxşı, bəs mədəmizə ötürdüyümüz kolbasa və sosislər nə dərəcədə keyfiyyətlidir?

Nəzərə alsaq ki, yerli istehsal son illər bazarın 80 faizini ələ alıb narahatçılıqlar bir az da artır. Çunki yeni bazar həmişə hərcmərcliyə yol açır. Bu yöndə faktlar, şikayətlər də az deyil. Belə ki, bütün dünyada olduğu kimi Azərbaycanda kolbasa istehsalında mənşəyi bəlli olmayan, xəstə heyvan ətlərindən, bir sıra hallarda hətta ət əvəzinə heyvanların süd vəzi, yeli, dili, başı, hətta karton, kartof qabığından istifadə edilir. İstehsal prosesi antisanitariya şəraitində, xammal laborator yoxlama aparılmadan həyata keçirilir. Analoji şəraitdə isə heyvanların elektrik cərəyanı ilə öldürülməyib əllə üzü qibləyə və Allahın adi ilə “Bismillah” deyilərək kəsilməsi belə məhsulun halallığına təminat vermir.

Məsələn 2015-ci il. “halal” sözü yazılmış “Ovçular” kolbasasından donuz piyi çıxır. 2016-cı il. Bakıdakı mağazaların birində “Ovçular” şirkətinə aid iylənmiş, üfunət qoxulu kiflənmiş kolbasa aşkarlanır.

2016-cı il. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aparılan yoxlama zamanı müəssisə tərəfindən istehsal olunan “Krakovskaya” yarımhisə verilmiş kolbasanın markalanmasının normativ sənədlərin tələblərinə cavab vermədiyini müəyyən edi
Azərbaycanda kolbasa bəlası... xəbəriniz varmı? -ARAŞDIRMA-VİDEO

Belə ki, məhsula dair müəyyən edilmiş qaydada təsdiq olunmuş resepturada donuz əti və piyindən istifadə olunması nəzərdə tutulduğu halda, faktiki olaraq məhsulun etiketinin üzərində bu barədə məlumat göstərilməyib.
Azərbaycanda kolbasa bəlası... xəbəriniz varmı? -ARAŞDIRMA-VİDEO

Yoxlama zamanı məktubda qeyd etdiyiniz və komitəyə təqdim etdiyiniz məhsulun “Ovçular ət və ət məhsulları” MMC-nin “Halal” məhsulların istehsalı sexində istehsal olunmadığı müəyyən edilir.

Aşkar olunmuş nöqsanlarla bağlı “Ovçular ət və ət məhsulları” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında cərimə qərarı qəbul edilir.

2017-ci il. “Ovçular” saxlama müddəti ötmüş Almaniya istehsalı olan “Sorbat R” adlı qılaftəmizləyicidən istifadə etməkdə ittiham olunur.