Bakunews.az-a daxil olan məlumatda qeyd edilir ki, Göyçay Mərkəzi Xəstəxananın baş həkimi Elçin Bilalov Seyidovlar ailəsində ciddi itkinin baş verməsinən səbəb olmuşdur. Beləki, redaksiyamıza verilən məlumatda mərhumə Seyidova Mehribanın həyat yoldaşı Seyidov Ağasəf Babaş oğlu media vasitəsi ilə ailəsinə verilmiş böyük itkinin səbəblərindən danışıb. O qeyd edir ki, Mərkəzi Xəstəxananın baş həkimi Göyçay rayonuna təyin edildikdən sonra RMX-da ölüm hallarının sayı durmadan artmaqdadır. Rüşvət və korrupsiyanı RMX-ya gətirdiyi gündən əhali əziyyət çəkməkdədir. A.Seyidov regionda nümunəvi xəstəxana olan Göyçay Mərkəzi Xəstəxanasının bu günkü durumunu ölüm paliqonu adlandırıb. Sağ gəlib ölü çıxan insanların ailə üzvlərinə yaşadılan dəhşətlər heç cürə qəbul edilən olmadığını vurğulayan ailə başçısı həyat yoldaşının ölümündə Elçin Bilalovu təqsirli bilir.
Məlumatda həmçinin qeyd edilir ki, Elçin Bilalov Göyçay Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin ediməmişdən öncə Göyçay şəhərində yerləşən özünə məxsus "Bialoji Təbabət" xəstəxanasında çalışırdı. Ancaq Göyçay Mərkəzi Xəstəxanasına məxsus olan EXO müayinə aparatını baş həkim Elçin Bilalov özünə məxsus "Bialoji Təbabət" klinikasına apartdıraraq orada həmin xidməti dəyərindən artıq məbləğdə istifadəyə buraxmışdır. Mərkəzi xəstəxanaya məxsus olan aparatın şəxsi xəstəxanasında yerləşdirən baş həkim xəstənin sosial durumunun da nəzərə almayaraq “burda mənəm bağdadda kor xəlifə” misalını reallaşdırır.
Bakunews.az-a müraciətində A.Seyidov: “Göyçay rayon mərkəzi xəstəxanasında pullu xidmət yaradan baş həkim Elçin Bilalovun korrupsiya əməllərinin araşdırılıb barəsində ciddi tədbirlər görülməsinə zərurət var.Regionda həmişə nümaunəvi yüksək tibbi xidmət göstərən Göyçay rayon xəstəxanasını baş həkim Elçin Bilalov biabırçı vəziyyətə salmışdır.Kolxoz bazarına döndərilən Göyçay rayon mərkəzi xəstəxanasında ölüm halları çoxalıb.Növbəti həkim səhvinin qurbanı isə mənim həyat yoldaşım Seyidova Mehriban Sabir qızı oldu ki, bunun məsuliyyəti bir başa yaramaz baş həkim Elçin Bilalovun üzərinə düşür. Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb xahiş edirəm adi yüngül xəstəliklə insanları məhv edən Göyçay rayon mərkəzi xəstəxanasının yarıtmaz baş həkimi Elçin Bilalovun barəsində ciddi tədbirlər görəsiniz.Mən həyat yoldaşım Mehriban Seyidovanı adi öskürəyə görə səhv müalicə edib öldürən məhz baş həkim Elçin Bilalovun yaratdığı korrupsiya şəbəkəsidir.” – deyə qeyd edib.
Mövzu diqqətimizdədir.
Qarçşı tərəfin münasibətini dinləyib dərc etməyə hazırıq.