Azərbaycanlı şair “Quran”ı cırdı: “Gün sayıram ki, meymuna çevriləcəm”

Azərbaycanlı gənc şair Emin Akifin sosial şəbəkədəki paylaşımı çoxlarının etirazına səbəb olub.

Yenicag.az xəbər verir ki, o, paylaşımında “Qurani-Kərim”i təhqir edib:

“Evimizdəki “Quran”ın bir səhifəsini cırmışam, oturub gün sayıram ki, meymuna çevriləcəm, ya da ev başıma uçacaq… Qorxuram”.

Qeyd edək ki, istedadsız, ortaya ciddi nəticə qoya bilməyən bir qrup gənc şairin milli mənəvi dəyərlərimizə sataşaraq, özünü reklam etməsi ənənə halını alıb. Sabun köpüyü kimi qalmaqallarla “parlayan”ların səsi az müddət sonra Avropadan gəlir.

Azərbaycanlı şair “Quran”ı cırdı: “Gün sayıram ki, meymuna çevriləcəm”