İcra başçılarının adından QIZIL yığan məmur - Vəzifədən sui-istifadə halları -ŞİKAYƏT

Nefçala rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti söbəsinin müdiri Baş Memar Vüqar Nağıyev barəsində KİV-ə ilginc faktlar daxil olub.

Redaksiyamıza məlumat verən Şirvan şəhər sakinləri qeyd edir ki, Vüqar Nağıyev hələ Şirvan şəhər İcra Hakimiyyətində işlədiyi dövürlərdə İH başçısı Mərdan Camalovun adından bir çox qanunsuz əməllər törətmişdir. Belə ki, Vüqar Nağıyev Şirvan şəhərində torpaq sənədləşdirmək istəyən sakinlərin canını boğazına yığaraq qanunsuz tələblər irəli sürməsi ilə gündəmə gəlib. İcra Başçısı M. Camalovun xəbəri olub olmaması naməlum qalan məsələlərdə belə onun adından torpaq sənədləşdirənlərdən onluq QIZIL yığan Vüqar Nağıyev öz məqsədini reallaşdırmaq üçün rəhbərlik haqqında xoşagəlməz ifadələr işlətməkdən belə çəkinməyirmiş -deyə vətəndaşlar qeyd edir.

Sakinlər bildirir ki, başçı Mərdan Camalov memarın möhürün alaraq guya ki, sənədləri özü möhürləyir əgər "şirinliyi" verilərsə. V.Nağıyev həmin sözləri sakinlərə bu cür ifadə edib: “Mənlik bir şey yoxdu, möhürü alıb özündə saxlayır, kim haqqın verirsə şəxsən özü möhür vürür. Memarın səlahiyyətlərini də özü icra edir.”

Yuxarıda qeyd edildiyi ifadələrin işlədildiyin iddia edən vətəndaşlar hər vəhclə şəhər İH-nın başçısı Mərdan Camalovu adının durmadan halanması V.Nağıyevin sonunu gətirir. Niyyətlərin reallaşdıra bilməyn V. Nağıyevin belə xəyanətkar əməllərindən xəbər tutan Mərdan Camalov dərhal olanlara münasibət bildirdi. Vüqar Nağıyev işdən azad oldu. İşdən azad olunan Vüqar Nağıyevdən Şirvan şəhər sakinləri verdikləri pulları tələb etməyə başladılar. Bir çoxunun pullarının müəyyən qismini qalanlarının isə tam formada pulunu özlərinə qaytaran V. Nağıyev Vetenperverler.az-a şikayətçi olan sakindən aldığı qızıl kolyeni qaytarmaqdan imtina edir. Hətta qızıl kolyesini tələb edən sakini İcra Aparatının işçisinə yaraşmayan hədsiz biabırçı təhqiramiz ifadələrlə təhqir edən Vüqar Nağıyev şikayətçini “Get nəbilirsən elə........” kimi ifadələrlə təhqir etmiş və aldığı qızılınıda qaytarmayacağını bildirmişdir. Bütün bu olanları jurnalist təxəyyülümüzlə analiz etsək şikayətçinin dediyi prizmadan yanaşsaq Vüqar Nağıyevin necə bir məmur olduğu göz qabağındadır. Çox güman ki, Nefçala rayon İcra Hakimiyyətinin Başçısı İsmayıl Vəliyev bütün bu yazılanlara bir tərəfli mövqey nümayiş etdirməyəcəkdir. Neftçala sakinləri arasında apardığımız şifahi sorğularımızdanda görünür ki, Vüqar Nağıyev Neftçalada da elə, Şirvanda ifa etdiyi Xalq mahnılarını ifa edir. Yəni necə deyərlər: Toplananların yerini dəyişsəkdə cəm dəyişmir. Və yaxud da “Nə nəyini tərgitsədə nəyini tərgitməz”.

P. S. Vətəndaş redaksiyamıza bildirdiyi münasibətində əlavə olaraq bildirdi ki, məsələni ictimailəşdirilməsi istəyi odur ki, aidiyyatı qurumların diqqətini Vüqar kimi məmurlara çəkməkdir. Bundan əlavə Vüqar bəylə aralarında olan məsələyə Hüquqi müstəvidə aydınlıq gətirmək üçün Şirvan sakini Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ünvanlayacaqdır.


GƏLƏN YAZIDA:

Vüqar Nağıyevin paytaxt Bakıda top dağıtmaz villası, obyektləri, və maşınları kimlərin qızıl və dollarları ilədir?
Bu suallara cavabı Şirvan sakinlərindən alacağıq.

Yazıda adı çəkilən hər kəsin və qurumun münasibətini işıqlandırmağa hazırıq.

mənbə: My Webpage